"Neftçi”nin baş məşqçisi Roberto Bordinə lazım olmayan Rəşad Əzizlini heyətinə qatan "Sumqayıt” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "kimyaçılar” "Zirə"dən gedən Adil Nağıyevlə anlaşıb.
1995-ci il təvəllüdlü müdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Fanat.Az