"Qəbələ”nin hücumçusu Stiven Jozef-Monroz Türkiyəyə yollana bilər.
Fanat.Az xəbər verir ki, fransalı forvardın xidmətində Superliqaya yüksəlməyi hədəfləyən "Adana Demirspor” maraqlıdı.
"Neftçi”dən də sərfəli təklif alan oyunçunun qəbələlilərlə müqaviləsi olduğundan bölgə klubu onu satmaq hüququna malikdi. Hərçənd Jozef – Monrozun klubunu dəyişib-dəyişməyəcəyi bilinmir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Fanat.Az