"Sabah” qış fasiləsində növbəti transferini rəsmiləşdirib. "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.
"Sabah” qış fasiləsində növbəti transferini rəsmiləşdirib.
Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.
25 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqavilə bağlayıb. Azərbaycan millisinin üzvü Topaz Premyer Liqasının debütantında 17 nömrəli forma geyinəcək.
Karyerası ərzində "Qarabağ”, "Şüvəlan”, "Zirə” və "Qəbələ"də çıxış etmiş Xəlilzadə milli komandada 10 oyun keçirib, 1 qola imza atıb.
Qeyd edək ki, Təmkin Xəlilzadə "Sabah”ın qış fasiləsində həyata keçirdiyi ikinci transferdi. Klub bir neçə gün əvvəl "Neftçi"dən ayrılan Rəşad Eyubovla anlaşmışdı.
Fanat.Az