"Neftçi” transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.
"Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbaxça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarında çıxış edib. O, U-19 yığmamızın üzvüdü.
Fanat.Az