"Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.az xəbər verir ki, bu iddia ilə Haiti mətbuatı çıxış edib.
İddia edilib ki, İngiltərə Premyer Liqasından "Lester” və "Brayton” klubları onunla maraqlanır. Hətta "Lester"in bu keçid üçün 5 milyon avro ödəməyə hazır olduğu da bildirilir. Bu məlumatdan sonra Gerye "Instagram" hesabından "Lester" klubunun rəsmi səhifəsini izləməyə başlayıb. Onun bu addımı isə transfer xəbərlərinin dedi-qodudan ibarət olmadığından xəbər verir.
Həmçinin, Haiti millisinin üzvünə vaxtilə oynadığı Türkiyədən də maraq olduğu bildirilir. Məlumatda Geryenin Super Liqanın debütantı, həmçinin, hazırda I diviziona düşmə zonasında olan "Ərzurum BB"nin maraq dairəsində olduğu qeyd edilir.
Qeyd edək ki, Vild-Donald Geryenin "Qarabağ"la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.
Fanat.Az