17:47 04.01.2019 2227

Rahid Əmirquliyevə 150 min "atanlar"ın məhkəməsində nazirliyinin əməkdaşı ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ədliyyə Nazirliyinin əməkdaşı Rövşən Ağayev ifadə verib. O bildirib ki, ev almaq üçün Ç.Bağırova 134 min manat pul verib.

R.Ağayev qeyd edib ki, mənzili aldıqdan sonra evini 2 ilə yaxın kirayəyə verib və bu zaman ərzində aldadıldığını öyrənib: "Pulu 3 dəfəyə Çingizə vermişəm, amma evdə yaşamamışam. Mən mənzili alanda da kirayədə yaşayan var idi. Kirayədə yaşayanın çıxmasını istəmədim".

R.Ağayev söyləyib ki, onu aldadanlar arasında bir nəfər Türkiyə vətəndaşı da var: "Həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilməlidir.

Hakim bildirib ki, bu barədə məhkəməyə yazılı müraciət edərsə, araşdırılacaq.

Daha sonra digər zərərçəkmiş Amin Kazımov da dindirilib. O, bir neçə dəfə zərər çəkdiyini və maddi durumunun çətin olduğunu söyləyib: "Evi aldım, təmir elədim. Bir müddət yaşayandan sonra məhkəmə qərarı ilə evdən çıxarıldım. Çünki ev daha əvvəl başqasına satılıb. Evdən əşyalarımı çıxarıb çölə tökdülər".

A.Kazımovun sözlərinə görə, həbs edilən şəxslər bu işdə əsas fiqurlar deyillər: "Əsas fiqurlar, "akulalar" başqalarıdırlar. Onlar hazırda çöldə gəzirlər".

Məhkəmə zərərçəkmişdən "akulalar"ın kimliyini soruşub. O, əvvəlcə tərəddüd etsə də, sonradan MTK sədri Emil Məhərrəmovun adını çəkib və bütün pullarının onda olduğunu qeyd edib.

A.Kazımov təqsirləndirilən şəxslərin pul qarşılığında orada xırda işlər gördüyünü deyib.

Hakim isə bildirib ki, E.Məhərrəmov da həbs edilib.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin olunub.

İttiham akıtına əsasən, "Bakı” MTK-nın vəzifəli şəxsləri - Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişlər arasında "Qarabağ”ın sabiq futbolçusu, hazırda "Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə ümumilikdə 150 min manatdan çox ziyan dəyib.

Xatırladaq ki, təqsirləndirilən Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. (Report)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X