15:00 07.01.2019 4133

Azərbaycanlı futbolçuların maşınları: "Porsche Panamera", "Maserati"... - FOTOLAR

İmkanlı şəxslər üçün dəbdəbəli ev və villalar, lüks avtomobillər, şəhərin mərkəzində obyektlər həyatlarının bir parçasıdı. Yəni onları sabah nə yeyəcəkləri yox, pulun üstünə pul gətirməyin yolları və ətrafındakıların yanında uca görünmək maraqlandırır. Bu siyahıya təkcə biznesmenlərlə məmurlar aid deyil. Şou-biznesin sürətlə inkişaf etdiyi dövrdə müğənnilər və aktyorlar, eyni zamanda modellər də eyni həyat tərzi sürür. Təbii, siyahıda idmançıların da adları var. Nisbətən üzdə olanlardan, uğur qazananlardan gedir söhbət.

Dünyada ən çox sevilən növün futbol olması futbolçuların cibinə təsirsiz ötüşə bilməz. Sağlıqlarına qismət, yetərincə yaxşı maaş alırlar və buna uyğun da addım atırlar. Bir çox əcnəbi futbolçular var ki, qarajlarında avtomobil kolleksiyası görmək mümkündü. Böyük əksəriyyət son modellərə üstünlük verdiyi halda, bəziləri baha qiymətə aldığı retro maşınlarıyla öyünür. Düzdü, azərbaycanlı futbolçuların bir neçə maşın saxlamaq imkanı yoxdu. Bir neçə il əvvələ qədər ola bilərdi. Amma böhrandan sonra inandırıcı görünmür.

Vaxtilə Mahir Şükürov, Rail Məlikov, Kamran Ağayev, Vaqif Cavadov, Vüqar Nadirov kimi yığma üzvlərinin "dəmir dostları”nın qiyməti yüzminlərlə ölçülürdü. Lap dəqiq desək, azı 200 min manatlıq avtomobillərdə gəzirdilər. Belələri indi də var. Sadəcə, barmaqla sayıla biləcək qədər azdılar. Ən bahalı maşınlara sahib azərbaycanlı futbolçuların ("milliləşdirilmişlər” də aiddi – H.) adları və sükanı arxasında oturduqları nəqliyyat vasitələrinin təxmini qiymətləri ilə tanış olmaq istəyirsiz?

Porsche Panamera 4S

Bu dəqiqə ən bahalı maşın sürən futbolçu Maksim Medvedevdi. Uzun illər "Mazda 6”da gəzən yığma üzvü bu il dəyişiklik etmək qərarına gəldi. Amma kiminsə "çapdığı” avtomobilə ehtiyac duymadı. Salona getdi, pulunu saydı və yağ içində olan "Porsche Panamera 4S”i adına keçirtdi. Bu modelin 2018-ci il buraxılışının bazar qiyməti 130-140 min avrodu. Yəni 260-270 min manat. Halbuki Maksim bu qiymətdə maşını indi yox, bir neçə il əvvəl də ala bilərdi. Ağılla hərəkət etməyi üstün tutub, öncə ev-obyekt sahibi oldu, daha sonra sürəti düşündü. 
 


Range Rover

Adı dillər əzbəri olan Rəşad Sadıqov heç vaxt maşın həvəskarı olmayıb. Hətta gənc yaşlarında, əli böyük pullarla oynayanda belə. Bir müddət sükan arxasında oturmaqdan vaz keçən Sadıqov iki il əvvəl yenidən avtomobil sahibi olmağı qərara aldı. Tanışlarının köməyi ilə Bakıda sürülməmiş "Range Rover” gətizdirdi. İllərdi işlətdiyi 10-RS-014-ü də "belinə bağladı”. 2013-cü il buraxılışı olan "ceyran”ın bazardakı qiyməti 80-85 min dollar aralığında dəyişir. Təxminən 135-145 min manat. Rəşadın "Range Rover” almasından sonra bu model dəbə mindi. İndi həmin şirkətin eyni məhsulundan Qurban Qurbanov, Rəşad Sadiqov və Əmrah Çəlikəl də yararlanır.
 


Mercedes G-class

Avtomobil həvəskarları arasında "qalenvagen” və "qalik” kimi tanınan bu model son illər ölkəmizdə dəbdən düşmək bilmir ki, bilmir. Vaxtilə ərəb şeyxləri üçün istehsal olunan "qalenvagenlər”i bizdə pullu kişilər, ya da onların övladları sürür. Bir müddət əvvələ kimi Ruslan Qurbanovda da bu modeldən vardı. "Səbail”in futbolçusu onu BMW-yə dəyişəndən sonra indi "qalik” sürən yeganə futbolçu Elvin Yunuszadədi. Qara rəngli "canavar”da gəzən Elvinin maşını "brabus”a yığıldığından olduqca cəlbedici görünür. Amma yeni deyil, 2009-cu il buraxılışıdı, nömrəsi 90-KO-555. Bu ilin "qaliklər”inin qiyməti 60-65 min dollardı.Təxminən 100-110 min manat.
 


Porsche Panamera

Mahir Mədətov hələ uşaq yaşlarından qapılarında bahalı maşınlar görüb. Atasının prodüser, əmisinin tanınmış olması avtomobil seçimlərinə təsirsiz ötüşməyib. Amma bir müddət sükan arxasında oturmadı. İndi isə "Porsche Panamera”sı var. Deyilənə görə, 2011-ci il buraxılışıdı. Nömrəsi də 99-MM-099. Bu modelin 2011-ci ilinin məhsulu avtomobil bazarında 40-45 min dollara, təxminən 70-75 min manata satılır. 

Maserati Quattroporte
 


O da yaman rahatlığına fikir verən, dost-tanış arasında samballı görünmək həvəskarı olan futbolçulardandı. Yığmada və "Qarabağ”da çıxış etməsinə, vaxtilə "Neftçi”ylə "Qəbələ”nin formasını geyməsinə, üstəgəl, legioner həyatı yaşamasına baxmayaraq, Araz Abdullayev maşına dünyanın pulunu verməkdə maraqlı deyil. Ona görə də iki ildən çoxdu eyni maşının sükanı arxasında görüntülərnir – 10-BX-007. 2012-ci ilin "mazeratti”sinin qiyməti təxminən 40 min dollardı, aşağı-yuxarı 70 min manat.

Başqaları

Bu gün hazırda top dalınca qaçan futbolçuların ən bahalı avtomobillərinin siyahısı ilə tanış olduz. Maraqlı gəldisə, digər oyunçuların "dəmir dostlar”ı ilə tanış olun.

Cavid Hüseynov – BMW X5
Kamran Ağayev – BMW X5
Arif Daşdəmirov – Lexus GS350
Bədavi Hüseynov – Lexus GS350
Ruslan Qurbanov – BMW 320 M3
İlqar Qurbanov – BMW 320 M3
Coşqun Diniyev – Hyundai Azera
Namiq Ələsgərov – Chevrolet Camaro
Tural Axundov – Audi Q7
Elvin Məmmədov – Jeep Grand Cherooke
 
Mənbə: "Futbol+" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

Facebookdan bizi izləməyi unutmayın.
X