14:05 12.01.2019 3916

Kamran Quliyev “Neftçi” dən gedir

 
"Neftçi" inqilabi dəyişiklər astanasındadı. Gəldiyi gündən 1 il keçməsə də, futbolçu, azarkeş və AFFA ilə münasibətləri bərbad vəziyyətə salan Kamran Quliyev yol üstündədi. "Flaqman"ın baş sponsoru SOCAR-ın "Neftçi"yə ayırdığı maliyyə vəsaitinə nəzarət edən Mikayıl İsmayılovun timsalında özünə etibarlı dayaq tapdığını düşünən Quliyevin ümidləri doğrulmayıb. "Dayday" seçimində yanılan Kamran Quliyevin ən yaxın zamanda futboldan qovulacağı barədə söhbətlər səngimir. Amma yalnız bununla canını qurtarması üçün daimi sakini olduğu məsciddə min dəfə dua oxumalıdı.

Hələliksə, Quliyev çox güman həyatında son dəfə bir futbol komandası ilə təlim-məşq toplanışına yollanır. Amma bərbad idarəçiliyi ilə azarkeşləri "Neftçi"dən küsdürən Quliyev çətin ki, bu arada "flaqman"a hansısa fayda versin.

SOCAR rəhbərliyinin böyük ümidlər bəslədiyi Kamran müəllim büdcəsinə görə bəlkə də ölkənin aparıcı futbol klubuna fəsadları sonra bilinəcək zərbələr vurub. Braliç, Karikari, Paratski və başqa aşağı səviyyəli futbolçulara ödənilən fantastik məbləğlərlə bu günə, aşağı yaş qruplarında illərin əziyyətinə yetişmiş istedadlı uşaqları pərən-pərən salmaqla sabaha, azarkeşləri tribunalardan uzaq salmaqla tarixə sayğısızlığını göstərən "xarizmatik" prezidentin əməlləri yuxarıların nəzərindən qaçmayıb. Artıq o özü də vəziyyəti anlayıb və çemodan əhval-ruhiyyəsindədi. "Neftçi"dən gedişi an məsələsi olan Quliyev hazırda futboldan ömürlük silinməmək üçün çabalayır.

Sumqayıtda işlədiyi dövr daha çox başqa əməlləri ilə ad çıxarsa da, Samir Abasovun məşqçilik və idarəçilik istedadı sayəsində özünə müsbət imic qazananQuliyev sonda baş məşqçiyə də, futbolçulara da, "Gənclik şəhəri"nin əhalisinə də xəyanət etdi. "Sumqayıt"ın ötən mövsüm medalsız qalması və avrokuboklara düşməməsi Kamran bəyin bu kluba "çox sağ ol"u idi.

Yaxın münasibətdə olduğu Orxan Hüseynzadənin uzun müddətdi əziyyət çəkib son illərin ən böyük uğuruna daşıdığı "Neftçi"dəhazırın nazirinə gələn Kamran müəllim dərhal medal qazandı və komanda indi çempionatda liderdi. Çörək kəsdiyi adamın yerinə gəlmək, torbasını tikmək, illərdi çörək yediyi yerə tüpürmək kimi məsələlərin mənəvi tərəfini qoyaq kənara. Amma "Neftçi"nin liderliyini dərindən təhlil etsək görərik ki, bunda əsas pay Orxan Hüseynzadənin gətirdiyi futbolçuların və azarkeşlərindi.

Bütün yazdıqlarımızı və yazmadıqlarımızı Kamran Quliyevin şefləri daha yaxşı bilir. Buna görə də artıq qərar verilib. Martda, uzağı mövsümün sonunda Quliyev "Neftçi" tarixində ən az işləmiş prezident kimi vəzifəsindən gedəcək. Artıq prezidentliyə yeni namizədlərin də kimliyinə aydınlıq gəlib. Bu haqda az sonra matc.az-da eksklüziv məlumatı oxuya bilərsiniz..

Mənbə: matc.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X