18:10 15.01.2019 2003

"Bu informasiyaları mətbuata ötürən yazıq adamdı" - MÜSAHİBƏ

Beynəlxalq Tələbə Futbol Birliyinin (BTFB) icraçı katibi Əfqan Həmzəyevin Fanat.Az-a müsahibəsi


- BTFB-də məsul vəzifəyə təyinatınız necə baş tutdu?

 - Bildiyiniz kimi, Azərbaycan Tələbə Futbol Federasiyasinda baş katib kimi ilyarim işləmişəm. İlyarim ərzində həm daxildə, həm də xaricdə tələbə futbolu üçün çox işlər gördük. Ordan Beynəlxalq Tələbə Futbol Birliyi ilə münasibətlərim yarandı. Birlikdə bir sıra beynəlxalq yarışlar təşkil etmişdik. Həm çimərlik futbolu, həm də mini-futbolda. Keçən il əlaqə yaradaraq rəsmi olaraq, Moskvaya dəvət etdilər. Məndən Dünya Tələbə Futbol Birliyi ile Dünya Mini-futbol Federasiyası arasında əlaqəçi olmağımı istədilər. Düşünüb, razılaşdım. WMF-in prezidenti Filip Juda ile Rusiya Tələbə Futbol Liqasinin final mərhələsinə - Smolenskə getdik. Orda BTFB-nin prezidenti Ali Dadaşeviç Alxanovla rəsmi görüşümüz oldu. Alxanov həm də Rusiya Federasiyasının ədliyyə nazirinin muavinidi. Bərabər işləmək perspektivləri haqda danışdıq və gələcək üçün razılıq əldə etdik. Memorandum hazırlandı və 3 ay müzakirələr aparıldı. Nəhayət, Moskvada müqavilə imzalandı.

 

- Səhv etmirəmsə, BTFB rəhbərliyi ötən ilin payızında 21 yaşadək futbolçulardan ibarət yığmaların mini-futbol üzrə dünya çempionatına da yollanmışdılar...

- Bəli. Rusiya rəsmilərini 2018-in oktyabrında Praqada təşkil olunan 21 yaşadək futbolçular arasında mini-futbol üzre dünya çempionatına dəvət etdim. Ali Alxanov, Andrey Stukalov ve Vitali Şurmanov gəldilər. Həmin dünya çempionatının direktoru idim. İşimi bir daha görüb bəyəndilər. BTFB-də çalışmağımı istədilər. Keçən ilin avqust ayında BTFB-nin baş katibi ukraynali Oleq Pervuşkin dunyasini deyisdi. Onunla son görüşümüz Smolenskdə olmuşdu. İllər sürən dostuluğumuz var idi. Smolenskdə olanda o, rəsmi toplantıda haqqımda çox yaxsı sözlər işlətmişdi. Onun ölümündən sonra vəzifəsi mənə təklif olundu. Bu təşkilatda məndən öncə Azərbaycanı veteran hakimimiz Orucəli Durmuşov təmsil edib. Məhz onun da səyi nəticəsində peşəkar inkişaf yolunda bu addımı atmağı bacardım.

 


 

- Azərbaycan Tələbə Futbol Federasiyasında (ATFF) ümumi durum nə yerdədi?

- Yerli tələbə futbol federasiyasının işi ilə ordan uzaqlaşandan sonra dərindən maraqlanmaq imkanım olmayıb. Ona gərə də, bir söz deyə bilmərəm.Yəni, bu gün o haqda dolğun məlumatım yoxdu.


- Hakimlərdən sizi təbrik edən oldumu?

- Zöhrab Qədiyev və İham Əliyev... Başqa heç kim zəng vurmayıb. Siyahı tutmamışam. Məncə, ölkə sərhədlərindən kənarda atılan ən kiçik addımı belə, futbol ictimaiyyəti olaraq dəstəkləsək, daha yaxşı olar.

 

- Yeni planlar nədən ibarətdi?

- Sentyabrda Beynəlxalq Tələbə Top festivalı keçirmək istəyirik. Bu ilin oktyabrında Beynalxalq Tələbə Futbol liqasının təqdimetmə mərasimi olacaq. İlin sonunda bu liqani işe salmaq fikrindəyik. Afrika zonası üzrə bölgə təmsilçimizi teyin edəcəyik. Eyni proses butun qitələr üzre gedəcək. Bundan başqa, qurumun rəsmi nümayəndəliklərini də açmağı planlaşdırırıq.

 


 

- BTFB-də çalışmaqla yanaşı, həm də AFFA-da, tutaq ki, Frits Stuxlikin rəhbərlik etdiyi Hakimlər və Hakim-İnspektorlar Komitəsində işləməyiniz mümkündümü?

- Bunun ucun hec bir problem yoxdu. Amma hazırda mümkün deyil. Çünki planlarım böyükdü. Başımı ölkədə qatmaq istəmirəm. Bu ilin oktyabrında Avstraliyanın Pert şəhərində mini-futbol üzrə dünya çempionatı baş tutacaq. Ora hazırlaşıram.

 

- Komitədəki sabiq həmkarlarınızdan kimsə mətbuata informasiya ötürüb. Deyilənə görə, Stuxlikə yalan danışdığınız üçün sizi üzvlüyə qəbul etməyiblər...

- Ağ yalandı. Stuxlik özü də bunu tesdiq edə bilər. Maraqlanın, soruşun. Çünki özüm haqqında olan bütün informasiyalar, şəkillər və rəsmi sənədlər onun mail adresindədi. Mən necə deye bilərəm ki, gənc hakimlərin – Əliyar Ağayevin, Orxan Məmmədovun, və Rəhim həsənovun müəllimi olmuşam? Bu gəncləri yetişdirən insanlar var. Onların haqqına necə girmək olar? Bu informasiyaları mətbuata öturən yazıq adamdı.

  

Nihat Ağasoy

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X