16:07 17.01.2019 2392

Ramil Şeydayev: "Atam və babam kimi azərbaycanlıyam"

Rusiyanın "Krılya Sovetov” komandasının formasını geyinən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Samaranın "Voljskaya Kommuna” portalına geniş müsahibə verib. 23 yaşlı hücumçu klub və yığma karyerasından danışıb.

- İdmançı ailəsindənsən?
- Atam gənc yaşlarında Azərbaycanda futbol oynayıb, lakin hərbi xidmətdən sonra davam etməyib. Ona görə də onun futbolçu olduğunu söyləmək olmaz. Mən isə bütün uşaqlar kimi küçədə oynayırdım. Yəqin ki, hamı belə başlayıb. Sonra atam məni futbola yazdırdı. İlk komandam elə də güclü deyildi. 9 yaşımda isə "Zenit”dən seçimlərdən keçdim və əvəzedici komandaya qədər oynadım.

- 20 yaşında ölkə xaricinə getməyə qərar verdin. Bu, Rusiyadakı gənclər üçün nadir hadisədir. Gedişiniz necə baş verdi?
- Türkiyənin "Trabzonspor” klubundan təklif aldım. İndi bunu mühakimə edirəm. Bu, mənim ən yaxşı qərarım deyildi. Amma həmin vaxt əmin idim və əməlimə görə peşman deyiləm. Orada həm idman, həm də həyat təcrübəsi qazandım. Mənim üçün asan deyildi. Az oynayırdım və sonra getməli oldum.

- Türkiyədə futbol nə deməkdir?
- Həyatın böyük hissəsi. Bunu, ilk növbədə, azarkeşlərdən görmək olur. Rusiya və Türkiyənin top-komandalarını götürsək, eyni auditoriya toplayırlar. Lakin ortabab və autsayderlərə nəzər salsaq, Rusiyada matçlara 1000 – 5000 azarkeş gəlir. Orada isə 20 min. Türkiyədə futbolu çox sevirlər. Onlar oxuyur, qışqırır, fişəng yandırırlar. Uduzanda isə matçdan sonra hansısa futbolçunu yaxalaya da bilərlər. Xoşbəxtlikdən mənimlə belə bir şey olmayıb. Amma sən bu ajiotajı hiss edirsən. Stadiona bu qədər adam gələndə oynamaq xoş olur.

- Türkiyədən sonra Slovakiyaya üz tutduğunuz...
- "Trabzonspor”da az oynayırdım deyə, icarəyə getdim. Türkiyə ilə müqayisədə, Slovakiya çempionatının səviyyəsi çox aşağıdır. Buna rəğmən, Slovakiya, Çexiya, İsveç kimi ölkələrdən çoxlu sayda futbolçu İtaliya, İngiltərə və ya İspaniyaya gedir. Bu, mənim əsas hədəfim idi. "Jilina”da mənim üçün maraqlı idi, oynayır, qol vururdum. Birinci yerlə Çempionlar Liqasına (ÇL) vəsiqə qazandıq. Amma III təsnifat mərhələsində "Kopenhagen”ə uduzduq. Bu məğlubiyyətdən sonra komandada dəyişikliklər baş verdi və getməli oldum. Ehtiyat oyunçular skamiyasında oturmaq yox, oynamaq istəyirdim. Ona görə də yenidən icarəyə - Azərbaycanın ÇL-də çıxış edən "Qarabağ” komandasına yollandım. Yaxşı vaxtlar idi!

- ÇL-in himni ilə meydana çıxanda nə hiss edirsən?
- Bu, hər bir futbolçunun arzusudur. Çox əladır. Azərbaycan komandası tarixdə ilk dəfə ÇL-in qrupunda oynayırdı. Ajiotaj vardı. Komanda qrupa vəsiqə qazananda, insanlar bayram etmək üçün küçələrə çıxdılar. Bakı Olimpiya Stadionunda oynayırdıq. 65 minlik arena həmişə tam dolurdu. Çox yaxşı rəqiblər düşmüşdü - "Çelsi”, "Roma” və Avropa Liqasının gələcək qalibi "Atletiko”. Bu komandalara qarşı oynamaq əla idi. Özümüzü yoxlamaq istəyirdik və bu, komandamızda pis alınmadı. Bu təcrübəyə görə çox şadam.

- Hansı yaxşıdır: Azərbaycan çempionatında və ÇL-də oynamaq, yoxsa Rusiya çempionatında elitada qalmaq uğrunda mübarizə aparan klubda yer almaq?
- Rusiyada oynamaq. Hələlik Azərbaycanda futbol o səviyyədə deyil. Mövsüm ərzində 6 oyun naminə oynamağı düzgün saymıram. Artım yoxdur. 

- "Qarabağ"dan "Krılya Sovetov"a keçidin necə baş verdi?
- Həyatım boyunca Rusiyada yaşadığımdan, "Krılya Sovetov"u tanıyırdım. Ona görə də təklif gələndə heç düşünmədim. Rusiyaya qayıtmaq istəyirdim və qayıtdım. Başa düşürdüm ki, bu komanda I Diviziondan Premyer Liqaya yenicə yüksəlib. Amma açığı, turnir cədvəlinin aşağı pillələrində yer alacağını bilmirdim. Biz aşağıda olmamalıyıq! Son turlarda hamı hətta yaxşı oyunun da təəssüf ki, bizə kömək etmədiyini gördü. Hələ artırmaq lazımdır. Mövsümün ikinci yarısında biz mütləq yüksələcəyik. Çünki bizim kimi oynayıb uduzmaq olmaz. Oyunumuz çox xoşuma gəlir. Fikrimcə, biz tezliklə qalib gəlməyə başlayacağıq.

- Əvvəlcə heyətə nadir hallarda düşürdün. Niyə?
- Yeni komandaya gələndə dərhal heyətə düşəcəyinə heç kim təminat vermir. Məşq edir, çox çalışır, hər bir oyuna hazırlaşırdım. Uzun müddət meydana çıxmasam da, ruhdan düşmədim, çalışdım, işlədim. Mənə şans verildikdə hardasa özümü azacıq göstərdim və məndə alındı.

- Azərbaycan millisinin perspektivini necə görürsünüz?
- Əlbəttə, Azərbaycanda futbol hələ çox inkişaf etməlidir. İrəliləyiş var, amma düzgün istiqamətə yönəltmək lazımdır. Hamı bilir ki, uşaq yaşlarından başlamaq lazımdır. Lakin belə alınıb ki, uşaq futbolu olmayıb və sonradan birdən-birə oyunçular yetişiblər. Bütün strukturu inkişaf etdirmək lazımdır. Fikrimcə, tezliklə Azərbaycanda güclü futbolçular yetişəcəklər. Bizim hazırkı yığma da daha yaxşı çıxış edə bilər. Əsas məsələ, özünəinamdır. Axı o biri komandalarda da eyni adamlar oynayırlar. Hamı üçün nümunə İslandiya yığmasıdır. Bu komanda bütün dünyaya göstərdi ki, çox güclü olmayan oyunçulardan da ən yaxşı millilərlə rəqabət aparan, Avropa və dünya çempionatına yüksələn komanda qurmaq olar.

- Azərbaycan AVRO-2020-nin qrup mərhələsində hansı ölkələrə rəqib olub?
- Qrupumuzda Xorvatiya, Uels, Macarıstan və Slovakiya yer alıb. Gücümüzü Uels və Xorvatiya ilə görüşlərdə sınamağı çox istərdik. Bunlar yüksək səviyyəli yığmalardır. Belə komandaların fonunda nəyə qadir olduğumuza nəzər yetirmək maraqlıdır.

- Amma Azərbaycan yığmasının hücum xəttində ciddi rəqabət var və son oyunlarda ehtiyatda qalırdın...
- İstənilən komandada rəqabət var. Bu da normaldır. Ruhdan düşməmək və işə davam etmək lazımdır. Axı istənilən an hər şey dəyişə bilər. Klubumda necə oynayacağımdan çox şey asılı olacaq. Çünki baş məşqçilərə hazır oyunçular lazımdır.

- Nəyə görə vətəndaşlığını dəyişmək qərarına gəldin? Axı buna görə Rusiya Premyer Liqasında legioner sayılırsan...
- Bunu anlayırdım. Amma Rusiya Premyer Liqasındakı istənilən komandada əsas heyətə düşmək uğrunda mübarizə hər bir halda lazımdır. Bu zaman legioner olub-olmamağın vacib deyil. Bu, təbii seçim kimidir - ən güclüsü yaşayır.

- Daxilən özünü rus, yoxsa azərbaycanlı hiss edirsən?
- Atam və babam kimi azərbaycanlı. Ümumiyyətlə, yarı tərəfim rusdur, amma belə məsələlərdə ata tərəfini götürürlər. Mən Rusiya azərbaycanlısıyam. Hər zaman belə hesab etmişəm. Hətta yığmada oynamağa hazırlaşmadığım vaxt da. Azərbaycanca bilirəm, amma tam yox. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X