Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün birinci yoxlama görüşünü keçirib.
Fanat.Az-ın məlumatına görə, Samir Abasovun komandası Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.
"Zirə" əslində yanvarın 15-də ilk oyununu keçirməli idi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) qarşılaşmanın ləğvinə səbəb olmuşdu.
Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) yoxlama oyunu keçirəcək.
18 yanvar
17:00. "Zirə" - "Voluntari"
(Rumıniya) - 1:0
Qol:Pərdis Fərcad-Azad, 89-pen
Fanat.Az