Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Rusiyanın "Yenisey” klubu ilə qarşılaşacaq.
Matç "Cornelia Diamond” otelinin meydançasında baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da veriləcək.
Bu matç "Qəbələ”nin Antalyada ikinci sınağı olacaq. Təmsilçimiz ilk oyununda Almaniyanın "Meppen” klubu ilə görüşüb. Qarşılaşma "qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yoxlama oyunu
20 yanvar
18.00 Qəbələ - Yenisey (Rusiya)
"Cornelia Diamond” otelinin meydançası.
Fanat.Az