13:36 20.01.2019 1070

Premyer Liqa hakimlərinin Mingəçevir toplanışı başa çatdı

Azərbaycanın futbol hakimlərinin Mingəçevir şəhərindəki təlim-məşq toplanışının ilkin mərhələsi başa çatıb. Bu mərhələdə Premyer Liqanın baş hakimləri və hakim köməkçiləri iştirak ediblər.

Təşkilati işlərə məsul olan rəsmi şəxslər və təlimin iştirakçıları hazırlıq mərhələsinin gedişindən məmnunluq ifadə edərək, "Kür” Olimpiya Tədris İdman Mərkəzindəki hazırlıq prosesinin plana uyğun həyata keçirildiyi bildiriblər.

Bir həftəlik toplanış müddətində hakimlərin fiziki hazırlığına xüsusi diqqət yetirilib, VAR sistemi barədə məlumatlar genişləndirilib, oyunların idarə edilməsi prosesində ortaya çıxan nöqsanlar müzakirə edilərək onların gələcək oyunlarda təkrarlanmaması üçün iştirakçılara konkret təlimatlar verilib.

3 beynəlxalq dərəcəli hakimin də qatıldığı təlim-məşq toplanışında Premyer Liqada ilk addımlarını atan gənclər də yer alıb. Təlimin gedişində onların hazırlıq səviyyəsinə xüsusi diqqət yetirilib.

Hakim Rəşad Əhmədov "Report”a açıqlamasında indiyədək onlara qaranlıq olan bir çox suallara toplanış zamanı tam aydınlıq gətirildiyini deyib. Onun sözlərinə görə, belə toplanışlar xarakterindən asılı olmayaraq, hər zaman təkmilləşmə və inkişafa xidmət edib: "Hakimlərin Mingəçevir toplanışı da bu baxımdan hər birimiz üçün faydalı oldu. Bunun faydalarını tezliklə mütləq görəcəyik. Xüsusən, Premyer Liqada ilk addımlarını atan gənclər olaraq, öyrəndiklərimizi daha böyük məharətlə tətbiq etməyə çalışacağıq. Örnək götürə biləcəyimiz nümunələr çoxdur. Əliyar Ağayev, Rauf Cabbarov, Rəhim Həsənov və b. Hər bir hakimdən öyrəniləsi nələrsə var. Yetər ki, istəkli olasan. O ki qaldı Əliyar Ağayev nümunəsinə, səmimiyyətlə etiraf edim ki, gənc hakimlərin əksəriyyəti onun səviyyəsinə çatmağı özünün məqsədinə çevirib. Ondan sonrakı yol haqqında isə yalnız həmin məqama çatdıqdan sonra düşünmək olar. Mən doğma şəhərimdə belə yüksək səviyyəli təlim-məşq toplanışını təşkil etdiyi üçün AFFA rəhbərliyinə gənc hakimlərimiz adından təşəkkür edirəm".

Qeyd edək ki, yanvarın 19-da I Divizionun hakim və hakim köməkçiləri üçün təlim-məşq toplanışı start götürüb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X