13:59 20.01.2019 1587

Futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA

Etibar Cəbrayıloğlu

Televizorun üzü təzəcə işıqlanmışdı. Kanalın siması sayılan aparıcı Tolikin xətti xalına, gül camalına tamaşa edirdim. Yolüstü efirə dəyən gənc bir oğlanın səsi studiyanı bürümüşdü:

Madam, madam, madam,
Qaşı-gözü badam.
Hər səni görəndə
Dəli olur adam…

Telefonun səsi əyləncənin dadını çıxarmağa qoymadı. Zəng vuran AFFA-nın Hidrometeoroloji Öncəgörmələr və sintetik meydançalara konseptual sevgi Departamentində çalışan uzaq qohumum idi. Dedim yəqin yenə 33 dəqiqə dayanmadan danışacaq. Yaxşı ki, bu dəfə bizim türklər demiş, qısa kəsdi. Səsindən bəxtəvərlik yağırdı, dedi ki, qohum, muştuluğum səndə, bəs AFFA milliyə axtardığı baş məşqçini tapdı. Məşqçi nə məşqçi, lap şokalad kimi!

Sonra da astadan pıçıldadı: "Sən Ramil Diniyevin canı, heç kim bilməsin. AFFA əcnəbi mütəxəssislə bu dəqiqə razılığa gəlib, ilk dəfə sənə deyirəm. Məsələ o qədər məxfidir ki, heç AFFA-nın gecə gözətçisinin də bu işdən xəbəri yoxdur”.

Tolikin qonağı mikrofonu əlindən yerə qoyub efirdən çəkilən kimi qohumum votsap nömrəmə təzə baş məşqçinin adını, tərcümeyi-halını və 6X9 ölçülü 2 foto-şəkilini də göndərdi. Amma yazdı ki, çalış şəkil Aqil Abbasın əlinə düşməsin, ömründə Azərbaycanı görməmiş yazıq əcnəbi ilə qəzetdə məzələnəcək…
Əsas odur ki, AFFA çoxdan axtarışına çıxdığı xarici mütəxəssisi tapdı, əsas futbol yığmamız başsız qalmadı. Belə bir şad xəbəri milli komandamızdan yeni zəfərlər uman xalqımızdan gizlətməyə haqqım varmı? AFFA-da çalışan bəxtəvər uzaq qohumumun göndərdiyi məlumatı yaymaq qərarına gəldim. Elə siz də yeni baş məşqçi ilə lap yaxından tanış olun:

Bojan Bojanoviç- 62 yaşı var. İndi Monteneqronun ərazisində qalan Topija rayonunun Kosalar kəndinin Güllübulaq məhəlləsində doğulub. Rabitə və Aqrotexnika texnikumunun İkinci əldən satılan geyimlərin dizaynı və təmiri fakültəsini bitirib. Əvvəlcə eşitmə əngəlli uşaqlar üçün internat məktəbində musiqi müəllim kimi çalışıb. Sonra özəl sektora keçərək Düz xətt üzrə hərəkət edən sürünənlərin yemlənməsi və təşviqi üzrə məsləhətçi şirkət açıb. Həmin şirkət Tanzaniya və Macarıstandakı özəl zooparklara məsləhətlər verir. Yeni baş məşqçimizin sürücülük üzrə D kateqoriyası var.

Millimizi çalışdıracaq Bojan müəllim futbola yad isim deyil. 12 il öncə ömründə ilk dəfə futbola canlı tamaşa etmək üçün yaşadığı Topija rayonundakı mərkəzi arenaya getmək istəyib. Həmin gün taksi sürücülərinin komandası ilə yol təmirçiləri yoxlama görüşü keçirirmişlər. Lakin Bojan müəllimin xalası oğlu qəfil qonaq gəldiyindən yığmamızın gələcək baş məşqçisinin stadiona getmək arzusu reallaşmayıb. Yeri gəlmişkən, həmin mərdimazar xalaoğlunun nəvəsi AFFA-nın Almaniyada açdığı məktəbdə futbolun sirlərinə yiyələnərək ofislərin birində şüşəsilən kimi çalışmağa başlayıb. Bojan Bojanoviç ailəlidir, 3 arvadı, 2 övladı var. Ortancıl qayınanası idmana bir köynək yaxındır, gənclik illərində ağırlıqqaldırma ilə məşğul olub, indi isə ölkəsində usta dönərçi kimi tanınır.

Tərcümeyi-halından göründüyü kimi, AFFA axtardığını tapıb. Məncə ilin-günün bu vədəsində, "Sarı gödəkcəlilərin” Parisi zibilə saldığı bir zamanda milli komandamıza bundan yaxşı baş məşqçi gətirmək mümkün deyildi. Futbol başbilənlərimiz həmişəki kimi doğru seçim ediblər. Göz dəyməsin. Bojan Bojanoviç kimi təcrübəli, illərini futbola həsr eləmiş bir mütəxəssislə fırtına qoparacağıq. Braziliya, Fransa, İspaniya, Xorvatiya yığmalarının qara günləri hələ bundan sonradır. Almaniya millisi də "kaput”.

Dünyanın futbol xəritəsini dəyişəcəyik. Şair demişkən, futbolumuzun qara bəxti, qalmaz belə, qalmaz, AFFA!

Mənbə: adalet.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X