"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Macarıstanın "MTK Budapeşt” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun çalışdırıısı 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"MTK Budapeşt” Macarıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Beləkomandaya qarşı futbolçular da həvəslə oynayırlar. İlk 45 dəqiqə demək olar, bizim tam üstünlüyümüz şəraitində keçdi. Hesab 0:0 olan zaman 3 real qol fürsətini dəyərləndirə bilmədik. Əvəzində, rəqib əks-hücumda bizə qol vurdu. Ancaq tezliklə hesabı bərabərləşdirərək, oyunda üstünlüyü ələ ala bildik. Rəqibin sürətli futbolçuları var idi. Onlar bizə təhlükə yaradırdılar. Lakin buna baxmayaraq, ilk hissəni 2:1 öndə başa vurduq.
Fasilədə bir neçə əvəzetmə etdim. Bütün futbolçuları sınamaq istəyirdik. Təlim-məşq toplanışında oyunçuların hazırlığını görmək üçün bu, bizim üçün vacib idi. İkinci hissədə meydana çıxan futbolçular da oyunu hiss edə bildilər. Matçın ritmini əlimizdə saxladıq. Tam olmasa da, qol fürsətlərimizdən istifadə etməyi bacardıq. Yekunda 3:1 qalib gəldik. Komandamın oyunundan tam razı qaldım”.
Fanat.Az