Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 3-cü sınaq oyununu keçirib.
Baş məşqçi Aftandil Hacıyev yetirmələrini "Desna" ilə qarşılaşmada sınayıb. Ukraynalılarla oyunda 3 qol qeydə alınıb. Rəqibin 1 topuna 2 qolla cavab verən Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Antalya toplanışı çərçivəsində buna qədər "Aqvital”a (Macarıstan) 3:2 hesabı ilə qalib gələn, "Sürix"lə (İsveçrə) 1:1 edən "Səbail" son yoxlama görüşünü yanvarın 24-də Qazaxıstan "Kaysar”ına qarşı keçirəcək.
Yoxlama görüşü
21 yanvar
Səbail (Azərbaycan) - Desna (Ukrayna) 2:1
Qollar: Orxan Qurbanlı, 39. Kevin Kubemba, 70.
Side. "Arslan Zeki Demirci".
Fanat.Az