"Qəbələ”nin U-19
komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Famil Xəlilov
"qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub.
2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan
mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15
yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin
olunması idi.
Beş aydan sonra "Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. İmaməliyev müxtəlif komandalarını çalışdırdığı futbol akademiyası ilə vidalaşıb. İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.
Fanat.Az