Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda aşağı yaş qrupları üzrə liqalarda baş verənlər müzakirə olunub.
U-14 Liqasının "Səbail”lə görüşünün 59-cu dəqiqəsində "Qəbələ”nin futbolçusu Elmir Hüseynli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Bunun üçün də futbolçu 2 oyunluq cəzalanıb.
U-13 Qızlar Liqasının "Dinamo” (Balakən) ilə matçında UGİM (Şəki) komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının "Qubek” (Balakən) – "Zaqatala” matçında da eyni hal yaşanıb. Bu matçda da sonuncuların heyətində yetərsay olmadığına görə onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
Fanat.Az