Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən hazırlanan siyahıda 404 klubu yer alıb.
Azərbaycan klublarından yalnız "Qarabağ” siyahıya düşüb. Ağdam klubu 112 xalla 137-ci yerdə qərarlaşıb. 2017-ci ildə 94-cü olan "Qarabağ” 43 pillə geriləyib.
Qeyd edək ki, siyahıya "Atletiko” (289 xal) başçılıq edir. "Real" (284) 2-ci, "Zalsburq" (278) 3-cü, "Barselona" (273) 4-cü pillədə qərarlaşıb.
Fanat.Az