"Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıqları davam etdirən Sənan Qurbanovun yetirmələri Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında 3-cü sınağına çıxacaq.
"Qırmızı-qaralar” Rusiya təmsilçisi "Fakel”lə görüşəcək. Oyun "Arcadia” meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ” bunadək Almaniyanın "Meppen” (1:2) və Rusiyanın "Yenisey” (2:2) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
24 yanvar
18.00 Qəbələ (Azərbaycan) - Fakel (Rusiya)
Fanat.Az