13:44 24.01.2019 1565

Vaqif Sadıqov “Kəpəz”də: İcraiyyə Komitəsinin üzvü inzibatçının müavini olacaq!

AFFA-da struktur belədi, bir çox xüsusi seçilmiş şəxslər var ki, onlara 1-2 vəzifə bəs etmir. Onlar 3-4 yerdən maaş almasalar, gözlərinə yuxu getməz.


Fanat.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, Vaqif Sadıqov da onların sırasına qoşulub. Veteran futbolçu daha bir təyinat alıb və bundan sonra daha firavan yaşayacaq.

 

 

3 aydı maaşların verilmədiyi "Kəpəz”də problem rəhbərliyin olmamasından qaynaqlanırdı. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin istefasından sonra başsız qalan Gəncə təmsilçisi AFFA-nın təyinatlarını gözləyirdi. Klub assosiasiya vasitəsilə maliyyələşdiyindən, pula nəzarət edəcək adamları da bu qurum seçməliydi.


 

Nəhayət, təyinatlar reallaşıb. Hələlik rəsmi açıqlama olmasa da, klubda Müşahidə Şurasının sədri İslam Abbasov təyin olunub. Mikayıl Nərimanoğlunun maliyyə fırıldaqları ifşa olunandan sonra onu əvəz edən, bir müddət Vəliyevin müavini kimi çalışan bu şəxs indi yeni sədrdi.

 

Maraqlıdı ki, İslam bəy milli komandaların inzibatçısı postunda da qalacaq. Beləcə "Kəpəz” kimi tarixi kluba təyin etməyə daha sanballı adam tapmayan AFFA inzibatçını rəhbər posta gətirib.


 

Vaxtilə "Neftçi”də də inzibatçı işləmiş, "otkat İslam” kimi tanınan bu şəxsin "day-day”ının kim olduğunu bilmirik. Lakin hər kimdisə onu daim 2-3 işlə təmin edir. Görünür, ləqəbini layiqincə təsdiqləyir ki, ona güvənməkdə davam edirlər.


 

Ən maraqlı təyinat Sadıqovla bağlıdı. Vaqif bəy sədr müavini təyin olunub. Klubda icraçı direktor postu ləğv edildiyindən onun əsas idarəçi olacağını deyə bilərik.


 

Sadıqov İcraiyyə Komitəsinin üzvü, "koskoca” Məşqçilər Şurasının sədridi, bir çox klublarımızın, dəfələrlə əsas millimizin baş məşqçisi olub. Onun indi özünü bu qədər kiçiltməsi təəssüf doğurur. Yəqin pulun şirinliyindəndi ki, inzibatçının müavini işləməyə razılıq verib. Komitə sədrinin, İK üzvünün indi klubda şura sədrinin müavini olması Nərimanoğlunun əməllərindən ilhamlanmaq da ola bilər. Yəqin tamah güc gəlib.


 

Daha bir maraqlı məqam Vaqif bəyin 2 klubda çalışacağıdı. Çünki o, İcraiyyə Komitəsinə "Sumqayıt” tərəfindən namizəd göstərilib, seçilib, deməli, bu klubun təmsilçisidi. Və indi o, bu qədər missiyaları yerinə yetirə-yetirə divizion klubunda şura sədrinin müavini olacaq.

 

Fanat.Az



 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X