Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" sabah 3-cü yoxlama oyununa çıxacaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Sənan Qurbanovun komandası toplanış çərçivəsində son sınaq matçını MTK-ya qarşı keçirəcək. Macarıstan təmsilçisi ilə görüş Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində buna qədər Almaniya "Mappen"inə uduzub (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edib (2:2).
Fanat.Az