Malavili hücumçu Robin Nqalande ilə anlaşan "Zirə” daha bir legionerin transferini həll etmək üzrədi.
Fanat.Az xəbər verir ki, qəsəbə təmsilçisi Botsvana millisinin üzvü Mfo Kqasvaneni heyətinə cəlb edib. Tərəflər 1 illik müqaviləyə razılaşıb. 29 yaşlı vingerin son klubu "Baroka" olub. "Zirə” hələlik hər iki futbolçunun transferini gizli saxlayır. Komanda Bakıya qayıtdıqdan sonra rəsmi təqdimat olmalıdı.
Fanat.Az