I divizionun lideri "Sumqayıt”ın əvəzediciləri sabah növbəti yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, sumqayıtlılar digər I divizion təmsilçisi "Qarabağ-2” ilə qarşılaşacaq.
Matç "Kapital Bank Arena”nın ehtiyat meydançasında saat 14:00-da keçiriləcək.
Bundan öncə keçirilən 2 oyunda Sumqayıtın eyniadlı təmsilçisi "Uğur”la 2:2 hesablı heç-heçə edibsə, "Şahdağ”ı 2:1-lik hesabla məğlub edib.
Fanat.Az