09:37 28.01.2019 1614

Əhmədov AFFA-nı “topa tutdu”: “Elxan Məmmədova açıq dedim ki...”

Gəncədə yenə narazılıq baş qaldırıb, şəhərin futbol ictimaiyyəti etiraz edir. Narazılıq AFFA-nın xətti ilə "Kəpəz”ə rəhbər təyin olunacağı böyük ölçüdə dəqiqləşən İslam Abbasovla İdarə Heyətinin üzvü olacaq Vaqif Sadıqova görədi. Gəncəlilər öz şəhərlərinin veteranları, adlı-sanlı şəxsləri qala-qala, Bakıdan xüsusi tapşırıqla göndərilənlərin kimliyi ilə barışa bilmir.

Təbii, məlum xəbərlə razılaşmayan təkcə azarkeşlər deyil. Bu, daha çox gəncəli futbol veteranlarına təsir etməlidi. Axı məhz onlar "Kəpəz” üçün can qoyub, çətin günlərdə birgə olublar. Dünən əlaqə saxladığımız Maşallah Əhmədovla Mehman Allahverdiyevin dediklərindən sonra əlavə şərhə ehtiyac qalmadı.

Maşallah Əhmədov: "Yaşananlardan xəbərim var. Deməli, məsələ belədi. 2-3 ay əvvəl Elxan Məmmədovun yanına getmişdik. Üzbəüz oturub söhbət etdik və açıq şəkildə dedim ki, "Kəpəz”də Müşahidə Şurasının sədri səlahiyyətlərini yerinə yetirə bilərəm. Hamı bilir ki, gəncəli veteranlarla münasibətim yaxşıdı. Mehman Allahverdiyev, Arzu Mirzəyev, Səfər Rəhimov kimi keçmiş futbolçularla əl-ələ verib futbolu yenidən ayağa qaldırmağın planlarını cızıb, ən qısa zamanda hədəfə çatmaq mümkündü. Mənə konkret cavab vermədi, amma danışığından başqa planlarının olduğunu başa düşdüm. Açıq şəkildə bizə inamsızlıq göstərdiklərini dedim. Tanınmış futbolçuyam, Maşallah Əhmədovam, məni şuraya sədr qoymurlar. O vaxt "Neftçi”nin Müşahidə Şurasında yer almaq üçün Çingiz Abdullayevə müraciət etmişdim, o da onluq bir şeyin olmadığını demişdi. İslam Abbasovla Vaqif Sadıqovun "Kəpəz”də işləyə biləcəyinə inanmıram. Orda Mehman Allahverdiyevdən başqa heç kim işləyə bilməz. Mehman gələnə qədər Gəncədə futbol dirçəlməyəcək. Bunların ağlı var ki, Vaqifi Gəncəyə göndərirlər? "Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin. Gəncə nə Sumqayıtdı, nə də Lənkəran, ora başqa yerdi. Gəncədə işləmək çox çətindi. Mehman 2-3 il əvvəl "Kəpəz”də işləyəndə stadiona 20-25 min adam gəlirdi. Klub üçün canını qoyub, cibinin pulunu xərcləyib. Bu cür insanların əziyyətini yerə vurmaq olmaz. Allah hamısının işini avand eləsin. Mənim kimi bacarıqlı kadrları şuraya yaxın buraxmasınlar. Çünki keçmiş futbolçulara etimad göstərmirlər”.

Mehman Allahverdiyev: "Nə deyim axı? AFFA-dan belə məsləhət görüblər, bunlar da gəlib işləməlidilər. Zorla gedib nəsə tələb edəsi deyilik ki. İstər baş məşqçi, istər prezident, istərsə də icraçı direktor işlədiyim dönəmdə işimiz və "Kəpəz”in nəticələri göz qabağında olub. 3 il əvvəl Avroliqaya vəsiqə qazanıb, mərhələ adladıq. Mən klubdan çıxandan sonra nələr baş verdi – Allah bilir. İslam Abbasova da, Vaqif Sadıqova da uğurlar arzulayıram. Açığı, hansısa səlahiyyətli posta təyinat alacağımı gözləyirdim. Etmədilər, canları sağ olsun. Bu ideyanı irəli sürənə də, qərarı verənə də, icraçılara da can sağlığı diləyirəm. Necə işləyəcəklərini zaman göstərəcək. Söhbət azarkeşləri stadiona qaytarmaqdan gedirsə, bunun üçün özündənrazılıq kimi çıxmasın, Mehman Allahverdiyev lazım idi. İnanırsız, nə qədər zəng edirlər, görüşə çağırırlar. Hamı məndən xəbər alır, soruşur, maraqlanır. Baxıram ki, hamının ümidi mənədi. "Kəpəz”i 3 dəfə çempion etmişəm, 4 dəfə ölkə kubokunu qazanmışıq, 2 dəfə gümüş, 1 dəfə bürünc medallara sahib çıxmışıq. Çempionatlar tarixində mövsümboyu məğlubiyyət acısı yaşamayan bir komanda var – o da baş məşqçi olduğum dönəmdəki "Kəpəz”di. Məndən sonra çempionluq nədi, heç "bürünc” qazanmaq mümkün olmayıb. Klubun adını dəyişib "Gəncə” etmişdilər, "Kəpəz”in adını qaytardım. Bu gün futbolkaların yaxasındakı klub gerbi mənim dönəmimdə hazırlanıb. Sarı-göy rənglərin ideya müəllifi mən olmuşam. Həmin Mehman Allahverdiyevəm də. Vallah, özümü tərifləmək üçün demirəm. Sadəcə, "keçmişini dananın gələcəyi olmaz” məsəlini əsas tutub danışıram. Bunları mən deməsəm də, faktdı. Hər şey silinə bilər, amma tarix silinmir. Vallah, azarkeşlər var ki, deyir, sən yoxsan deyə, stadiona getmirik. Deyirəm, çox nahaq, gedin, dəstək verin, "Kəpəz” hamımızındı. Demək pis çıxmasın, vaxt olub biznesdən qazandığım şəxsi pullarımı klubun yolunda xərcləmişəm. Halal-halal xoşları olsun, Gəncəm və gəncəlilərim üçün etmişəm. Bakıdan oyundan qayıdanda yol qırağındakı təkərləri avtobusa yığıb gətirirdik ki, qaz olmayan bazada yandıraq, otaqlar isinsin. Meydanı sulayırdıq. Bu qədər əziyyət çək, axırı da belə... Bu gün maşından düşə bilmirəm, başıma yığışırlar. Qarabağ əlilləri, müəllimlər, veteranlar. Çox söz deyirlər, çox şey etmək istəyirlər, qoymuram. Nəsə edəcəklər, sonra da söhbət, şayiə ki, Mehman öyrətdi. Hələ işləmədiyim dönəmdə nə olurdusa, mənim üstümə atırdılar. Ona görə də susmaları məsləhətdi. Yaxşı olar, inşallah. Allah görür”.

Mənbə: "Futbol+” qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

Facebookdan bizi izləməyi unutmayın.
X