Topaz Premyer Liqasında 2019-cu ilin ilk turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə Fanat.Az-a PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Səbəb "Qarabağ"ın təsisçilərindən olan, həmçinin bu klubda baş məşqçi kimi fəaliyyət göstərmiş Adil Nadirovun vəfatıdı. XV turun həftəsonu baş tutacaq 4 qarşılaşmasının hamısı mərhum 1 dəqiqəlik sükutla yad olunduqdan sonra start götürəcək.
Qeyd edək ki, XV turun matçları fevralın 2-3-də keçiriləcək.
Fanat.Az