"Neftçi"nin futbolçusu Slavko Bralic karyerasını Yunanıstanda davam etdirə bilər.
Fanat.Az gazzetta.gr-ya istinadən xəbər verir ki, xorvat mərkəz müdafiəçisinin xidmətində OFİ klubu maraqlıdı. Braliç özü də bu kluba keçmək istəyir.
Qeyd edək ki, xorvat futbolçu qış fasiləsində məşqçilər korpusunun qərarı ilə əvəzedici komandaya göndərilib. O, ötən ilin yayında Bosniya və Hersoqovinanın "Şiroki Breyq" klubunda keçdiyi "Neftçi"də 13 oyun keçirib.
Onu da qeyd edək ki, "Neftçi" bir neçə gün əvvəl OFİ-dən yarımmüdafiəçi Vanqelis Platellası transfer edib.
Fanat.Az