"Zirə" baxışa yeni futbolçu dəvət edib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi malavili hücumçu Robin Nqalandeni sınaqdan keçirir. 26 yaşlı oyunçu komandanın yeni transferləri Mfo Kqasvane, Xulio Sezar Rodriqes və İsmail Fofana ilə birlikdə bu gün Biləcəri Futbol Mərkəzində keçirilən məşqdə də iştirak edib.
Qeyd edək ki, 2010-cu ildə "Atletiko"ya transfer olunan Robin Nqalande iki il Madrid klubunun C komandasında çıxış edib. 2012-ci ildə CAR-a yollanan hücumçu "Bidvest Vits"lə anlaşıb. O, 2014/15 mövsümündə bu ölkənin "Ayaks Kape Taun", 2015/16 mövsümündə "Platinum Stars" klublarına icarəyə verilib. 2017-ci ildə bir müddət "Masters Sekuriti"də çıxış edib və "Baroka"ya keçib.
26 yaşlı forvard 2012-ci ildən çağırıldığı Malavinin əsas millisində 32 oyun keçirərək 1 qol vurub.
Fanat.Az