"Kəpəz”in maaş problemi bitmir.
Gəncə klubunun futbolçuları artıq üç aydır ki, maaş üzünə həsrətdilər. Hər gün yalan vədlər eşidən futbolçular artıq beziblər və kimə inanacaqlarını da bilmirlər.
Dünən sport7.az-a açıqlama verən klubun sözçüsü Azad Mustafayev əminliklə "Maaş problemi bu gün həllini tapacaq, noyabr və dekabr ayının maaşlarını almamışdıq. Həmin ayların maaşı ödəniləcək” demişdi. Sözsüz ki, pullar Azad bəyin əlində deyil, o da rəhbərlikdən (oxu: AFFA-dan) gələn təlimata uyğun bu cür açıqlamalar verir. Eyni sözlər dünən futbolçulara da deyilib və yalnız bundan sonra onlar "Turan Tovuz”la yoxlama oyununda meydana çıxmağa razılıq veriblər. Amma...
Verilən vədlər yerinə yetirilməyib və dünən axşam futbolçulara bildirilib ki, maaşların ödənilməsi bu günə təxirə salınıb. Özü də iki aylıq yox, yalnız noyabr ayının maaşını.
AFFA-nın "Kəpəz”ə dediyi yalanların artıq sayı-hesabı yoxdu və dünənki yalanın neçənci olduğuni bilən yoxdu.
Fanat.Az