AFFA-nın baş katibi Elxan Məmmədov başsız qalan Azərbaycan milli komandası ilə bağlı çox maraqlı, maraqlı olduğu qədər də iddialı açıqlama verib.
Baş katib "matc.az”-dan olan həmkarlarımıza müsahibəsində deyib ki, "Hər bir məşqçi ilə söhbətimiz zamanı qeyd edirik ki, AVRO-2020-nin 3 qrup, bir 1/4 final mərhələsinin oyunu Bakıda keçiriləcək və biz bu futbol bayramını öz yığmamızın iştirakı ilə yaşamaq istəyirik”.
Əhsən! Bravo! Eşq olsun, Elxan müəllim! Bir baş katibə ancaq bu cür iddialı açıqlama yaraşardı. Amma… bu işin bir "əmma”sı var. Uzun uzadı yazmayacağıq, hörmətli baş katib, siz arif adamsız, oxuyan kimi anlayacaqsız:
Alış adlı bir impotent kişilənib tez-tez söyüş söyürmüş. Bir dəfə yenə özündən çıxıb "filankəsi filan-filan edərəm” deyib özündən çıxanda, arvadı dözməyib deyir: nəynən, Alış?
Mənbə: Komanda.az