"Şerif"in hücumçusu Ziqi Badibanqanın "Neftçi"yə keçidi yaxın günlərdə reallaşa bilər.
Fanat.Az xəbər verir ki, Moldova mətbuatı Bakı təmsilçisinin çalışdırıcısı Roberto Bordinin yaxşı tanıdığı futbolçunun klubunda xoşbəxt olmadığını qabardıb.
Belçikalı baş məşqçi Qoran Sabliçlə yola getmir. Bu səbəbdən o, komandanın Antalya toplanışına da aparılmayıb.
"Şerif"lə müqavilə müddəti yaya qədər olan Konqo əsilli futbolçu rəhbərliyin yeni sözləşmə təklifini də geri çevirib. Badibanqanın "Şerif"lə bir gələcəyinin olmadığını qəbul edən tiraspollular onu müəyyən məbləğ qarşılığında "Neftçi"yə satmağa hazırdı. Sabiq baş məşqçisi Roberto Bordinin "Neftçi"ni çalışdırması da forvardın seçiminə təsir göstərib. Transferin bu həftə ərzində açıqlanması gözlənilir.
Qeyd edək ki, 2017-ci ilin yanvarından "Şerif"in formasını geyinən Ziqi Badibanqa bu komandada 60-dan çox oyun keçirib, 20 qola imza atıb. O, ötən mövsüm Moldova çempionatının ən yaxşı əcnəbi futbolçusu seçilib.
Fanat.Az