13:17 31.01.2019 1539

Millimizin üzvlərinə Hollandiya və Portuqaliyadan təkliflər yağır

Azərbaycanın U-19 millisinin üzvlərinə xarici ölkələrdən təkliflər var.

Gürcüstandan keçirilən seçmə mərhələdə qrupu 2-ci pillədə başa vuran millimizin "elit-raund”a yüksəlməsi futbolçularımıza diqqəti artırıb.

Vüqar Məmmədin çalışdırdığı komandada çıxış edən futbolçulara səviyyəcə "ikinci eşalon” sayılan Hollandiya, Portuqaliya, Belçika kimi ölkələrin klublarından təkliflər var. Bu barədə Azərbaycanın tanınmış FİFA meneceri Vaqif Heydərli "Futbol+”ə verdiyi açıqlamasında bildirib:

"Təxminən 10 gün idi Antalyadaydım. Bilirsiz ki, təlim-məşq toplanışı üçün U-21 və U-19 bu ərəfədə Türkiyədə idi. Həmin yığmalarda isə mənim bir neçə futbolçum çıxış edir. Onlarla Avropadan bəzi klublar maraqlanır. Fürsətdən istifadə edib həmin klubların skautlarını Antalyaya dəvət etdim ki, futbolçuları iş başında görsünlər. Hazırda U-19 və U-21-in şərəfini qoruyan 5 futbolçu əcnəbilərin maraq dairəsindədi. Yoxlama oyunlarında onları bir daha izlədilər və bəyəndilər. Ancaq qısa vaxtda qərar verməyə tələsmirlər. Bildiyiniz kimi, Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 fevralda daha bir toplanış keçəcək. Həmin toplanış isə İspaniyanın Marbelya bölgəsində olacaq.  

 Skautlar Marbelya toplanışını da izləyəcəklər. Son mərhələ isə martda olacaq. Həmin ay Rusiyada Avropa çempionatının elit mərhələsinin oyunları olacaq. İnanıram ki, maraq dairəsində olan gənclər və yeniyetmələr sınaqdan üzüağ çıxıb Avropaya yollana biləcəklər. Onu da bildirim ki, futbolçulara maraq göstərən klublar postsovet məkanını təmsil etmirlər. Hamısı "ikinci eşelon” ölkələrinin çempionatında çıxış edən klublardı. Orda özlərini yaxşı tərəfdən göstərə bilənlər üçün isə "böyük beşliy”ə yol açılır.

Yeniyetmələr və gənclər yığmasında çıxış edənlərdən başqa, bəzi elita klublarına da futbolçu təklif etmişəm. Bu yöndə danışıqlar davam edir. İndidən nə futbolçuların, nə də klubların adını çəkmək istəyirəm. Müzakirələr başa çatandan sonra bu haqda bilgi verərəm. Qarşıda hələ vaxt var. Ötən dəfə sizə dediyim kimi, indi Azərbaycana "ulduz” statusunda olan oyunçuları gətirmək mümkün deyil. Çünki elita təmsilçilərinin maliyyə şərtləri buna imkan vermir. Hamı daha az xərclə ortabab futbolçu axtarışındadı. Premyer-liqa klubları ilə yanaşı, başqa ölkələrin çempionatlarında çıxış edən klublarla da əməkdaşlıq edirəm. Yaxın günlərdə müştərim olan əcnəbi oyunçulardan biri yeni komanda ilə anlaşacaq. "Transfer pəncərəsi”nin bağlanmasına qədər bəzi keçidlərin reallaşacağını düşünürəm”. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
09:25

Pikedən "Real"ı qıcıqlandıran sözlər - "Onsuz da həmişə yaxşılar

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

Facebookdan bizi izləməyi unutmayın.
X