"Qarabağ" Topaz Premyer Liqada mövsümün ikinci yarısı üçün yeni iştirak ərizəsini PFL-ə göndərib.
Fanat.Az xəbər verir ki, siyahıda 24 futbolçunun adı yer alıb. Onların sırasında Ağdam təmsilçisinə qayıdan Riçard Almeyda və Reynaldo Silva da var:
Qapıçılar: Vaqner da Silva, Hannes Halldorsson, Şahruddin Məhəmmədəliyev
Müdafiəçilər: Yakub Jezniçak, Rahil Məmmədov, Abbas Hüseynov, Bədavi Hüseynov, Ansi Aqolli, Rəşad Sadıqov, Maksim Medvedev
Yarımmüdafiəçilər: Riçard Almeyda, Araz Abdullayev, Abdullah Zubir, Simeon Slavçev, İsmayıl İbrahimli, Donald Gerye, Filip Ozobiç, Miçel Madera, Dani Kintana, Qara Qarayev
Hücumçular: Reynaldo Silva, Con Delarj, İnnosent Emeqara, Mahir Mədətov
Fanat.Az