Gürcüstanın "Tsxinvali" klubunda çıxış edən Elməddin Məmmədov karyerasını Maltada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 24 yaşlı qapıçı bu ölkənin "Sent Endryus" klubuna keçib. Məmmədov transferin son günündə maltalılarla rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Elməddin "Bakı"nın yetirməsidi. O, "Zirə" və "Sabah"la yanaşı, Qırğızıstanın "Alqa" (Bişkek) klubunda da oynayıb.
Fanat.Az