13:25 01.02.2019 1260

Yunis Hüseynov: "O xəncərlə adam da öldürmək olar"

Bu gün "Neftçi”nin veteran futbolçusu Yunis Hüseynovun 54 yaşı tamam olur. Fanat.Az xəbər verir ki, 1965-ci ildə dünyaya gəlmiş yarımmüdafiəçi 1984-1998-ci illər ərzində "Neftçi”nin heyətində 336 oyun keçirib, 101 qol vurub.

"Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokun (1993, 1994) qalibi olmuş Yunis Hüseynov 1994-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1993-1998-ci illər ərzində Azərbaycan millisinin heyətində 34 oyun keçirib, 4 qol vurub.

Hüseynov "Neftçi"nin rəsmi saytına müsahibəsində maraqlı fikirlər səsləndirib.

- Doğum gününüz mübarək, Yunis müəllim!
- Diqqətinizə görə çox sağ olun! Ümumiyyətlə, 9-u kapitan olmaqla 15 il "Neftçi”nin şərəfini qorusam da, o vaxtdan indiyədək ilk dəfədi ki, məni bu klubdan zəng vurub, təbrik edirlər.

- Karyeranız ərzində doğum gününüzdə oyuna çıxmısızmı?
- Yadıma gəlmir. Səhv etmirəmsə, çıxmamışam.

- İndiyədək sizə verilən ən gözlənilməz hədiyyə hansı olub?
- 50 illik yubileyimdə dostlarımdan aldığım hədiyyə mənim üçün gözlənilməz olub. Suvenir xəncər bağışlamışdılar. Suvenir olsa da, o xəncərlə adam da öldürmək olar... (gülür)

- "Neftçi”də keçirdiyiniz ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?
- Açığı, xüsusi bir oyun və ya qol yadıma gəlmir. Ümumiyyətlə, xatırlamaq üçün, demək olar, şəkillərim yoxdu. Məsələn, O vaxt SSRİ Olimpiya yığmasında oynasam da, həmin formada şəklim olmayıb. Başqaları o formanı götürüb şəkil çəkdirirdi, mən isə həmin formanı geyinə-geyinə şəkil çəkdirməmişəm. Çünki şəkil çəkdirməklə aram yoxdu. Çox az sayda şəklim var. Amma gərək belə eləməzdim. Şəkil çəkdirmək və onları saxlamaq lazım idi. İndi yaşa dolduqca düşünürəm ki, olsaydı baxardım. O vaxt SSRİ Olimpiya yığmasının heyətində çıxış edəndə hədiyyə olaraq mənə oyun vaxtı çəkilmiş 4-5 foto vermişdilər, amma o vaxt jurnalistlər istədilər verdim, sonra qaytarmadılar.

- Doğum gününüzü necə qeyd edəcəksiz?
- Açığı, mən heç vaxt ad günü keçirməmişəm. Ümumiyyətlə, doğum günlərimə xüsusi önəm verməmişəm. Bu gün də doğum günümü qeyd etməyəcəm. Bu günü adi bir gün kimi keçirəcəm.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X