21:51 02.02.2019 1597

Hacıyev Əhmədovun fikrinə şərh vermədi: "Layiqli qazandıq"

"İlk növbədə deməliyəm ki, Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların aramızda olmaması böyük itkidi".

 

 

 

Fanat.Az xəbər verir ki, bunu "Səbail”in çalışdırıcısı Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində baş tutan matçdan sonra deyib.

 

"Keşlə"ni 3:0 hesabı ilə yendikləri görüşün ardından ənənəvi mətbuat konfransına qatılan Hacıyev belə davam edib: "Oyuna istəkli başladıq. Təlim-məşq toplamışı zamanı üzərində işlədiyimiz epizodları meydanda görmək istəyirdik. Futbolçular əllərindən gələni etdilər. Çempionata belə başlamaq yaxşıdı. Amma daha çətin oyunlarımız qarşıdadı. Hər cür rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik".


Gənc mütəxəssis daha sonra ona ünvanlanan suallara cavab verib.


 

 

- Oyun və nəticə baxımından bu qədər üstünlük sizin üçün gözlənilən idi?

- Oyunun bu cür üstünlüyümüz şəraitində keçəcəyini gözləmirdik. "Keşlə" ölkə kubokunu qazanıb, yeni baş məşqçiləri var. Onları "Qarabağ"la oyunda görmüşdük. Bəzən komandada həyəcan olur. Onların təcrübəli futbolçuları və məşqçiləri var. İnanıram ki, qarşıdakı turlarda digər rəqiblərlə oyunlarda istədikləri kimi çıxış edəcəklər.


 

- Tərlan Əhmədov qələbəni sizə hədiyyə etdiklərini söylədi. Oyun planında komandadan razı qaldız?

- Tərlan müəllimin fikrinə şərh vermək istəmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdü, səhvlərimiz də oldu. Güclü komandalar bunu bağışlamazlar. Futbol baxımından uşaqların ifasında çevik hücumlar gördük. Elə bunu da istəyirdik. Həmçinin müdafiədən hücuma sürətli keçidlər tələb edirdik ki, bu mənada da komandadan narazı qalmadıq.

 

 

- Yevgeni Koçukun ehtiyatda olması rəqibə sürpriz idi?

- Koçuk toplanışa ağrılarla başladı. Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydanın durumuna görə risk etmək istəmədim.


 

-Ruslan Qurbanov formada idi… Eləcə də daha bir neçə yetirməniz sabit çıxışla yadda qaldı. Bu istəyi sona qədər qorumaq olacaq?

- Bu gün meydanda emosiyalar çox idi. Bunun üzərində işləməliyik. Ruslan bizim təcrübəli oyunçumuzdu, milli üzvüdü. Ondan daha yaxşı oyun gözləyirik.

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

Facebookdan bizi izləməyi unutmayın.
X