"Qarabağ” – "Neftçi” qarşılaşması tarixə qovuşsa da, oyun ətrafında yaranan söz-söhbətlər səngimir.
İddialardan biri də "Neftçi” azarkeşlərinə satılan biletlərlə bağlıdı.
Ağ-qara rənglərə könül verənlər narazılıq edirlər ki, oyun üçün çap olunmuş biletlərin üzərində "Qarabağ”ın adı böyük, "Neftçi” isə nisbətən kiçik şriftlə yazılıb. Bundan başqa biletdə "Qarabağ”ın loqosu əks olunub, rəqibin loqosuna isə yer verilməyib.
Sizə təqdim etdiyimiz fotodan gördüyünüz kimi, "Qarabağ”ın Respublika stadionunda keçirdiyi oyunlar üçün biletlərin forması standartdı. "Qarabağ” – "Kukesi” oyunu nüfuzlu Çempionlar Liqası üçün hazırlanıb. Həmin biletin üzərində də şrift fərqi var və rəqibinin loqosuna yer verilməyib.
Qərar verməyi sizin öhdənizə buraxırıq.
Mənbə: Sport7.az