Topaz Premyer Liqasının XV turunun "Keşlə” – "Səbail” oyununda böyükhesablı nəticə qeydə alınıb.
Fanat.Az xəbər verir ki, 0:3 hesabı ilə uduzan meydan sahibləri klub tarixində 16-cı dəfə 3 və ya daha çox top fərqi ilə uduzub. Paytaxt təmsilçisi bunadək 15 matçda böyükhesablı məğlubiyyət almışdı.
"Keşlə” öz meydanında 4-cü dəfə ağır yenilgiylə üzləşib. Sonuncu belə hadisə 2017-ci il aprelin 16-da "Qarabağ”la görüşdə yaşanmışdı - 0:3.
"Səbail” isə tarixində 2-ci dəfə böyük hesabla qalib gəlib. Hər iki uğuru cari mövsümə təsadüf edən Aftandil Hacıyevin yetirmələrinin belə qələbələri səfərdə əldə olunub.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 9-cu dəfə böyükhesablı nəticə qeydə alınıb.
Fanat.Az