Topaz Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.
Fanat.Az PFL-in saytına istindən xəbər verir ki, XV turun "Qarabağ” – "Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.
Bunadək ən çox tamaşaçı "Sabah” – "Qarabağ” matçında (0:2) qeydə alınmışdı. "Əlincə Arena”da keçirilən VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi. Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən "Neftçi” – "Qarabağ” oyununa (3:1) təsadüf edib. "Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.
Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.
Fanat.Az