Almaniyanın "Proyssen” klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi III Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sının II komandası ilə qarşılaşıb. Oyun "Proyssen”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət Dadaşov görüşdə iştirak etməyib. Komandanın baş məşqçisi Marko Antverpen oyunçunun qripə yoluxduğu üçün sözügedən görüşü buraxdığını deyib.
Fanat.Az