Gürcüstan millisinin üzvü Vaxtanq Çanturişvili Azərbaycandan təklif alıb.
Fanat.Az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi özü məlumat verib. Amma o, Azərbaycanı yox, Çexiyanı seçib. Buna səbəb isə çempionatların səviyyəsi olub.
Son olaraq Trnava "Spartak"ında çıxış edən Çanturişvili Çexiyanın "Yablonets" klubundan da təklif alıb. Lakin bu klubla anlaşa bilməyib və "Jilina"ya keçib: "Danışıqların niyə alınmadığını bilmirəm. Həmin vaxt Cənubi Kipr, Qazaxıstan, Yunanıstan və Azərbaycandan da təkliflər almışdım. Amma Slovakiya çempionatının səviyyəsi daha yüksək olduğundan ora üz tutdum".
Qeyd edək ki, Çanturişvili karyerası ərzində "Spartak"dan başqa Gürcüstanın "Norçi Dinamoeli" (Tiflis), "Zestafoni", "Dinamo" (Tiflis) və Ukraynanın "Aleksandriya" klublarında çıxış edib. Yarımmüdafiəçi 2016-cı ildən sonra Gürcüstan millisində 5 oyun keçirib.
Fanat.Az