"Azersun Holding”in "Qarabağ”a sponsorluqdan imtina edəcəyi ilə bağlı şayələr səngimir.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl "Report”a açıqlamasında yayılan informasiyaların doğru olmadığını vurğulayıb:
"Azersun Holding” ən böyük böhranların baş verdiyi vaxt "Qarabağ”ın büdcəsini azaltmadı və bu gün də belə bir şey yoxdur. Bu cür xəbərlərin hansı səbəbdən çıxdığını deyə bilmərəm, lakin qətiyyən həqiqəti əks etdirmir. Klub prezidenti Abdolbari Gözəl ilə vitse-prezident Tahir Gözəl hər zaman komanda ilə maraqlanırlar və bizə heç bir çatışmazlığın olmamasını tapşırıblar”.
Qeyd edək ki, "Azersun Holding” 2001-ci ildən "Qarabağ”a sponsorluq edir. Komanda bu müddətdə 5 dəfə çempionluq və eyni sayda ölkə kuboku qazanıb. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Fanat.Az