"Qarabağ" bir günlük fasilənin ardından Topaz Premyer Liqasının 16-cı turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına start verib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, məşqin ilk hissəsində futbolçular isinmə hərəkətlərinin ardından toplu tapşırıqları yerinə yetirib. Hazırlığın ikinci hissəsində isə futbolçular ikitərəfli futbol oynayıblar.
Zədəli futbolçuları Miçel və Reynaldo Silva isə fitness zalında fərdi çalışmalarını davam etdirib.
Fanat.Az