15:51 07.02.2019 2506

Niyə məhz “Qarabağ” və “Qəbələ”?

İndi kimsə ağıllı çıxıb və təzə nə isə kəşf edib? Bu sualı biz vermirik, Fariz Nəcəfov İntizam Komitəsinin "Qəbələ”haqqında verdiyi qərara münasibət bildirərkən deyib. Haqsız da deyil. Nə baş verir? İK "Qarabağ”ı da motiv başqa olsa da, eynən gülünc səbəblə cəzalandırıb.


Son 10 ildə Azərbaycanı Avropada kifayət qədər təmsil etmiş klublar, onlarla oyunlar keçirmiş komandalar. Kim xatırlayır, "Qəbələ”və "Qarabağ”ın bu səbəblərdən cəza aldığını? Elə bir cəza olubmu? Bu nə deməkdi, cənablar?!

 

 

Niyə məhz "Qarabağ” və "Qəbələ”? Səbəb sadədi. İki müstəqil klub, Elxan Məmmədova baş əyməyən iki klub, AFFA-nın büdcəsinə nəzarət edə bilmədiyi yenə iki klub, baş katibin girə bilmədiyi iki klub. Guya Məmmədovun "dozornoe otdelenie”si – Stuxlik və yanındakılar digər komandalardan bundan da betər nöqsanlar aşkar edə bilməzdi?

 

Dedikləri kimi hər şeyi UEFA-nın tələblərinə və ya əsasnaməyə uyğun təşkil edirlərsə, "Qarabağ”ın məşqçisinin hakimi otağında nə işi vardı? Niyə isinmə hərəkətlərinin, komandaların nə vaxt meydana çıxacağının, paltardəyişmə otağına qayıdacağının vaxtı hakimdən soruşulmalıdı? Niyə əvvəlcədən komandalar xəbərdar olunmayıb? Niyə sözügedən qrafik təqdim olunmayıb tərəflərə?

 

Öz ayıbınıza kor olun, sonra nəsə tələb edin! Bəli, yoldaşlar, yuxarıda qeyd etdiyim kimi, bu iki müstəqil klubu da "Xəzər Lənkəran”, "Bakı” kimi Elxan Məmmədov futbol qəbiristanlığımızın sakininə çevirmək istəyir. Axır zamanlar "aydan arı, sudan duru” taktikasını seçən "vəzir” bunu stuxtliklərin əli ilə edir. Bəylər, Fariz Nəcəfov problemin cövlan etdiyi yeri göstərib, hünərləri varsa, ora nəzarət etsinlər. Yenilik-yenilik deyib, iş görmədən özlərini reklam etməklə məşğuldurlar. Guya elektron protokolla yenilik gətirib böyük iş görürlər. Elektron protokol diqqət etsələr, 2006-2007-ci illərdə olub Azərbaycanda. Buna yenilik deyənlərin o vaxt vaxtı yox idi maraqlansınlar. Başları rüşvətlə oyun idarə etməyə qarışmışdı. İndi müəllim olub, camaata dərs keçirlər. Bununla da PFL-i ofsayda saldıqlarını nümayişkəranə biruzə verirlər. Vaxtı ilə rüşvət ittihamı ilə oyunlardan uzaqlaşdırılanlar, indi qazan başında otururlar. Vaxtı ilə Xaqani Məmmədovu, Ramin Musayevi söyənlərin qoltuğuna "papka” verib müstəqil klubların qətlinə fərman verirlər. Vaxtı ilə Rövnəq Abdullayevin futboldan qovduğu insanı bu gün qonaq kimi stadiona dəvət edirlər, gizlicə qonorar verirlər. Sadalamaqla bitmir amma...


Amması odur ki, "Qarabağ”la "Qəbələ” boğulur, sıradan çıxarılır. Yerini isə Elxan bəyimizin "Fatı” əmri ilə oturub-duracaq komandaları doldurmalıdı. Bunun üçün də vaxtı ilə futboldan etdikləri əməllərə görə üzaqlaşdırılmış, küskün düşmüş "fatıcıqlar” əlindən gələni şahənşahları üçün edir.

Eh, fatılar, fatılar...

 

 

Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X