"Bir müddətdi məni həqiqətən stimullaşdıran çağırış axtarırdım. İtaliyadan bir sıra təkliflər alsam da, heç biri məni stimullaşdırmırdı. Digər xarici çempionatlardan da klublar axtarırdım. Ama mənə "Neftçi"dən zəng gəldikdə heç bir şübhə yerim qalmadı. Burada olmağıma çox şadam. Komandam turnir cədvəlində birinci yerdədir və bundan yaxşısını arzulaya bilmərəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Canluka Sansone İtaliya mətbuatına müsahibəsində deyib.
Azərbaycan çempionatları tarixinin ilk italiyalı futbolçusu olan hücumçu "Əlbəttə, mənim və klubum üçün bənzəri olmamış bir ssenaridi. Bu amil də seçimimə təsir göstərdi. Bu üzdən əşyalarımı topladım və ayrıldım. Hər şey asan oldu: iki gün ərzində bütün məsələlər həll edildi və indi burdayam. Düzdü, komandada italyanca danışan yeganə şəxs deyiləm. Cənab Roberto Bordin də var. O, mənə zəng vuraraq barəmdə informasiya aldığını dedi və klubun təklifini qəbul etməyimə təkan verdi. Əlbəttə, bu, seçimimdə vacib amil rolunu oynadı" deyib.
O, "İtaliya və Azərbaycan futbolu arasında hansı fərqləri görürsünüz" sualına belə cavab verib: "Neftçi"dəki ilk məşqlərdən sonra deməliyəm ki, texniki səviyyə digər liqaların bir çoxundan aşağı deyil. Aydın məsələdi: Taktiki səviyyədə onlar Avropanın bir çox ölkəsindəki çempionatlarla müqayisədə daha az hazırlıqlıdırlar. Amma fikrimcə, "Neftçi" heç də sadəlövh komanda deyil. İlkin təəssüratlarım çox pozitiv oldu".
Fanat.Az