UEFA 2017/18 mövsümü üçün hesabatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Avropa futbol qurumu müvafiq dövrdə Azərbaycana 7 milyon 19 min avro (təxminən 13.5 milyon manat) ayırıb.
UEFA "HatTrick” layihəsi çərçivəsində AFFA-ya investisya üçün 200 min avro (385.6 min manat) verib. Milli komandalara həmrəylik ödənişi 1 milyon 250 milyon avro (2.4 milyon maat) təşkil edib. Eyni meyara görə Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ”a 600 min avro (1 milyon 156 min manat), qitənin ən nüfuzlu klub turnirinə düşə bilməyən digər 7 Premyer Liqa təmsilçisinə isə ümumilikdə 3 milyon 553 min avro (6 milyon 850 min manat)ödənilib.
Avropa Liqasının təsnifat mərhələsinə qatılan, lakin qrupa vəsiqə qazana bilməyən klublara isə ümumilikdə 1 milyon 416 min avro (2 milyon 730 min manat) paylanılıb.
Fanat.Az