11:59 11.02.2019 2383

Futbolumuzun bütün rakurslarda cırılan “setkası”

İçəri girib çölə çıxdı, çöldən vurdu içəri girdi. Hamı çaş-baş qaldı. Elə İntizam Komitəsi də çaş-baş qalacaq. Axı bir həftə əvvəl görünməyən, bilinməyən bayrağa görə "Qəbələ” futbol klubu 1600 manat cərimələndi. Təkcə qəbələlilər deyil, "Qarabağ” da hakimlərin səhlənkarlığının qurbanı oldu. 

Komandalara isinmə hərəkətlərinin, meydana çıxış vaxtının qrafiki ədalət təmsilçiləri tərəfindən təqdim olunmayıb. Ağdam təmsilçisinin məşqçisinin qrafiki dəqiqləşdirməsi isə 1600 manat cəriməyə səbəb oldu. Bəs hakimlərin səhlənkarlığının cəzası? Yazmışdıq bu haqda. Səbəb iki müstəqil, Elxan Məmmədova baş əyməyən klubun sıxışdırılması, boğulması idi. Halbuki, baş katibin kurasiyasında olan klublarda yüzlərlə belə nöqsan tapmaq olardı, amma görməzdən gəlirlər. XV tur belə getdi.

İlahi ədalət deyilən bir anlayış var. Sizə deyim 16-cı turdan. "Sumqayıt” - "Qarabağ” matçından. Girişdə qeyd etdiyim kimi. Qurbanolduğum topa bir hünər vermişdi ki, içəri girib çöldən, çöldən girib içəridən çıxırdı (təkrarçılıq olmasın – müəl.). Oyunun startında "Qəbələ”də tapılmayan bayrağın ucu ilə qapı torunu yoxlayan hakimlər hara baxırdı bəs? İlahi ədalətin qüdrətinə baxın ki, bu hallar hər iki qapıda oldu. Ədalət tərəzisi ədalət təmsilçilərinə fərq qoymadı. Hər iki hakim köməkçisinin (yan xətt hakimləri) ədaləti qapı toru kimi cırıldı, ya da deformasiyaya uğradı. Ədalətin onluğa atdığı oxa baxın. Onluğa "Sumqayıt” qoyulmuşdu.  O "Sumqayıt” ki, illərdi ipi baş katibin əlində, o "Sumqayıt” ki, istənilən vaxtı, gecə-gündüz demədən, mövsümün əvvəli, sonu, ortası demədən prezidenti bir çırtma ilə digər kluba eyni posta göndərilir. Sonu da budu. Qapı toru kimi dəlik-deşik olmuş siyasətin nəticəsi. 
Kimsə deməsin ki, futbolda olur. Ola bilər, amma qeyd etdiyim kimi, eyni matçda hər iki qapıda yox... 

Kimsə ağıllı çıxıb ağıl da verməsin!
 
"Sumqayıt” klubunun maliyyə hesabatına "dostup”u olan biri baxsın ki, həmin qapı torlarına nə qədər pul silinib. Özü də orijinal qiymətinə. Amma oyun göstərdi ki, "geydirmə", orijinala yaxından-uzaqdan heç bir aidiyyatı olmayan, sintetik, "kitayski” tora minlərlə dollar silinib. İndi o torlar dəyişdirilməli, əvəzində yenisi, keyfiyyətlisi alınmalıdı. Yəni, anladığınız kimi, yenidən neçə minlərlə dollar havaya uçacaq. Bəli, bu fakt bir klub üçün xırda xərc sayıla bilər, hətta hesabatlarda digər xərclər kimi də nəzərdən qaçırdılması çətin olmaz. Amma bir həftə öncə "boğmaq” istədiyiniz müstəqil klub sizin fırıldaqlarınızı, gözlərdən asmaq istədiyiniz toru bütün rakurslarda cırdı.  

Papkalı, keçmiş hakim-müəllimlər, top sizin "setka”ya da dəyib. Danışın görək! Hakimlərə Salyanda qapı torunun keyfiyyəti haqqında da danışdınızmı? Yox e, siz hardan biləsiz keyfiyyətli tor necə olur? Alverçisiz ki?  Peşəkar olmadığınız dəqiqdi. Gənc hakimlərin gələcəyinə toxunmayın, heç olmasa. Sizinlə bağlı bu turluq bu qədər...

İndi top İntizam Komitəsindədir. Göstərin görək, sizin ədalət "setka”nızdan top keçirmi. 

Buyurun, cənablar!
 
Əli Sahib
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
21:20

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəldi

21:02

MPL: "Qarabağ" "Neftçi"ni böyük hesabla yenir- YENİLƏNİR

20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

Facebookdan bizi izləməyi unutmayın.
X