14:45 12.02.2019 1990

Bir müsahibəyə sözardı

Dünən "Neftçi”nin prezidenti Kamran Quliyev Azərbaycan Dövlət Agentliyinə (azertag.az) müsahibə verib. Təbii ki, məqsəd aydındı: klubdakı durumu "yuxarılar”ın diqqətinə çatdırmaq. Axı son illərin "Neftçi”si turnir cədvəlində hazırkı yerə həsrət idi.  Bu həm də keçmiş havadarı AFFA-nın baş katibi Elxan Məmmədova "səsim gör haralara çatır” mesajı idi. İndi də digər diqqət çəkən məqamları incələyək. Əvəla verilən suala diqqət:

"Bu il UEFA Avropa Liqasının finalının və gələn il "Avro 2020”nin oyunlarının Bakıda təşkili ölkəmiz üçün nə vəd edir?”

Sual Macarıstanın təmsilçisi "Uypeşt” səddinə "ilişən” komandanın prezidentinə verilir. Təəccüblü deyilmi? Aydındı ki, sual-cavab klubun təşəbbüsü ilə kerçəkləşib. Yoxsa, nazirə, aidiyyatı olan məmurlara veriləcək sual Kamran Quliyevə niyə ünvanlansın ki? 

Cavaba baxın:

"Dövlətin idmana göstərdiyi diqqət və qayğı göz qabağındadır. Futbolu təbliğ və inkişaf etdirmək üçün belə turnirlər çox faydalıdır. Bu, ölkə rəhbərliyinin və AFFA-nın uğurudur”.

Kamran Quliyevin şəxsi fikridi. Ancaq cavab siyasi savadsızlıqdan irəli gəlir. AFFA-nı ölkə rəhbərliyi ilə müqayisə etmək, dövlətin uğurlarını "şüşəli saray”ın adına çıxartmaqdı. Ki, dövlət orqanında bu fikirin  diqqət "rəndələnməməsi” çox təəccüblüdü.

Növbəti...

- İdmana gəlişiniz bizim üçün maraqlı olardı.
- Məni tanıyanlar necə bir futbol azarkeşi olduğumu bilirlər. İdmanın bu növü həyatımın bir parçasıdır. Uşaqlıqda futbolla məşğul olmuşam. Atam həmişə məni "Neftçi”nin Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunlarına aparırdı. "Neftçi” heç vaxt mənim üçün yad ola bilməz. Çünki uşaqlıqdan bu klubun azarkeşi olmuşam. 2009-cu ildə AFFA-nın baş katibi Elxan Məmmədov məni quruma dəvət etdi və texniki departamentdə fəaliyyətə başladım. Çox gözəl mühitdə işləyirdik və əla komandamız var idi. Elxan Məmmədov həmişə öz təcrübəsini bizlərlə bölüşürdü. Mənim karyeramda onun çox böyük rolu olub. Daha sonra "Sumqayıt” klubuna dəvət aldım. Bu çox məsuliyyətli iş idi. İdman şəhərində yerli futbolçulardan ibarət komanda yaratmaq çox çətin idi. İnanıram ki, biz bunu bacara bildik. Hazırda "Sumqayıt” ölkədə öndə gedən klublardandır. Sonra isə "Neftçi”yə - uşaqlıqdan arzuladığım kluba gəldim. Bu işdə mənə inanıb və etibar edənlərə təşəkkürümü bildirirəm.

Bilirsiniz bu gediş nədi? Xatirinizdədirsə, Tərlan Əhmədov "Neftçi”yə baş məşqçi gələndə tez-tez Ramin Musayevin adını çəkməklə, təyinatın hardan gəldiyini göstərirdi. İndi də Kamran bəy eyni yolu getməklə bilərəkdən, ya da bilməyərəkdən Elxan Məmmədova zərbə vurur. Baş katib dəfələrlə Quliyevin təyinatından xəbərsiz olduğunu söyləsə də, yuxarıdakı cavabda açıq – aşkar Məmmədovu ictimaiyyət önündə  fakt qarşısında qoyur. Dolayısı ilə təsdiq edir ki, "Neftçi”yə onu baş katib gətirib. 

Davam edək ...

- Azərbaycanda uşaq futbolunun inkişafında "Neftçi”nin payını necə qiymətləndirirsiniz?
- ... Hesab edirəm ki, düzgün yoldayıq. Əlaqələndiricimiz - uzun illər "Mançester Yunayted” klubunun əməkdaşı olan və uşaq futbolu üzrə peşəkar Mik Benet bu sahədə bizə böyük kömək göstərir. Uşaq futbolunda ən yaxşı nəticə daha çox oyunçu yetişdirməkdir...

Cənablar, Kamran bəyin qeyd etdiyi Mik Benetin PRO kateqoriyasını Azərbaycanda  aldığından xəbəriniz var? "Mançester Yunayted” klubunun əməkdaşı e. Ölkəmizdə kateqoriya alanın digər yerli məşqçilərdən artıq hansı təcrübəsi ola bilər?  Bu günə kimi "Neftçi”də yetişmiş istedadlı futbolçuların hamısını həmən o yerli məşqçilər  yetişdirməyiblərmi? Hə, bu arada Kamran bəyin nəzərinə çatdıraq ki, Benetin çalışdığı məktəb də dağılıb. Ümid edirəm ki, xəbəri var. 

Hələ biri də var ...

- UEFA Avropa Liqasının final oyununda hansı komandaları görmək istərdiniz?
- Mənim üçün maraqlı final "Napoli”-"Sevilya” oyunu ola bilər. Həqiqətən gözəl oyun olacağını düşünürəm. Düzdür, azarkeşi olduğum komandalar UEFA Avropa Liqasında iştirak etmir. "Çelsi”, "Arsenal”, "Qalatasaray” və "Fənərbağça”nın da oyunu möhtəşəm olar. Qardaş ölkənin klubları ölkəmizə gəlsə, əsl bayram olacaq.

Yuxarıda savadsızlıqdan danışdım. Bununla Kamran bəyin savadsız olduğunu iddia etmirəm. Ola bilsin, cənab Quliyev öz ixtisasında qabaqcıllardandı. Qeyd etmək istədiyim savadsızlıq siyasi və futbol sahəsindədi. Dünyanın heç bir yerində, o cümlədən Kamran Quliyevin adını qeyd etdiyi klubların prezidenti "mən filan ölkələrdə filan klubun azarkeşiyəm” deməz. Belə idarəçiləri azarkeşləri daş-qalaq edər. Heç klub prezidenti də başqa kluba azarkeşlik edər?

Və...

- Ölkədə futbolun inkişafına flaqman olaraq "Neftçi”nin hansı töhfələri var?
- "Neftçi” ölkəmizin futbol tarixinin özəyidir. Klub 1937-ci ildə yaradılıb. 2011-ci ildə Azərbaycanda futbolun yaranmasının 100 illiyi qeyd olunub. Bu tarixlər arasında çox az fərq var. Biz gözümüzü açandan "Neftçi”ni görmüşük. SSRİ dövründə "Neftçi” ölkəmizi təmsil edib. Həmçinin həmin dövrdə yığma komandamız idi. Ölkəmizin ən istedadlı futbolçuları bir neçə klubdan keçdikdən sonra "Neftçi”yə düşməyə can atırdılar. Müasir dövrdə isə digər klublarımız da öz sözlərini deyiblər. Gənc futbolçuların inkişafında "Neftçi” həmişə seçilib. Bu klubda çıxış etmək hər bir futbolçu üçün qürurvericidir. Uşaqlar üçün isə "Neftçi”yə düşmək bir xəyaldır. İnanıram ki, keçmişdə olduğu kimi, bu gün də və gələcəkdə də klubumuz flaqman olaraq qalacaq. Bunu sözdə yox, yetişdirdiyi futbolçularla, qazandığı nailiyyətlərlə və ətrafına topladığı azarkeşlərlə nümayiş etdirməliyik. Düşünürəm ki, "Neftçi”nin ölkə futbolunun inkişafına mühüm töhfəsi olub.

Cavabı oxuyandan sonra nə fikirləşdiniz. Əlinizi vicdanınızın üstünə qoyub cavablandırın bu sualı. Oxuculara deyirəm. Kamran bəy, siz artıq əlinizi vicdanınızın üstünə qoyub bu sualı cavablandırmısınız. 

Əminəm ki, sualı oxuyanın ağlına cavab olaraq nə gəlir.  Cavabı mən də yazmıram. Gözləyək,  görək  Azərbaycanın ən köklu klubunun prezidenti cavabda buraxdığı boşluğu yadına salacaq? Yoxsa, sərf etmir?

Əli Sahib
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X