"Ağır oyun oldu. Sonda vacib qələbə qazandıq. Rəqib sonadək mübarizə apardı. Bizim üçün heç də asan olmadı. Futbolçularımı təbrik edirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın XVII turunda evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov "Neftçi"nin dünən xal itirməsi komandanızda əlavə təzyiq yaratmışdı" sualına belə cavab verib: "Ola bilər ki, bu, hiss olunurdu. Ancaq qarşımıza məqsəd qoymuşuq ki, hər matçda oyunumuzu yaxşılaşdıraq. Məncə, xal itkiləri hələ çox olacaq. Gördüyünüz kimi, çempionatımız gərgin keçir. İlk növbədə öz oyunumuz barədə düşünürdük".
Fanat.Az