Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov” klubu Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, Samara təmsilçisi qış təlim-məşq toplanışınının 3-cü mərhələsini qardaş ölkədə keçəcək.
Ramil Şeydayevin komandası Antalyanın Bələk bölgəsinə 25 futbolçu ilə yollanıb. Heyətdə millimizin üzvü də yer alıb. Komanda Antalyada 4 yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Krılya Sovetov" hazırlığın ilk iki mərhələsini Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə keçirib.
Fanat.Az